Dayı və bacıoğlu bir-birini bıçaqladı - Gəncədə


13:10     28 Yanvar 2018 metro%20bicaq4.jpg


Gəncədə bıçaqlanma olub.

Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə dayı və onun yeniyetmə bacısı oğlu arasında qeydə alınıb.

2001-ci il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov Arzu Qalib oğlu 1989-cu il təvəllüdlü dayısı İsmayılov Elnur Arzu oğlu ilə mübahisə edib. Mübahisə tərəflər arasında əlbəyaxa davaya çevrilib. Nəticədə onlar bıçağa əl atıblar. Bu zaman bacıoğlu Arzu bıçaqla dayısı Elnurun boğaz nahiyəsinə xəsarət yetirib. Elnur isə buna qarşılıq verərək Arzunun qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralıların hər ikisi təcili xəstəxanaya çatdırılıb.

Elnurun vəziyyəti yüngül olduğundan ona ambulator yardım göstərilib. Bacıoğlu Arzunun vəziyyəti orta-ağırdır.

Femida.az

Açar sözlər: #bıçaqlanma#gəncə  

Oxunub: 831


Oxşar xəbərlər