Torpaq sahiblərinə xəbərdarlıq edilib
17:21 29 Yanvar 2018
Kənd Təsərrüfatı Nazirliyi biçilmiş taxıl sahələrinin (kövşənliklərin) yandırılması ilə bağlı torpaq mülkiyyətçilərinə xəbərdarlıq edib.
Nazirlikdən Femida.az-a verilən xəbərə görə, kənd təsərrüfatı yerlərinin, xüsusilə də əkin yerlərinin istifadəsi zamanı mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən bir çox hallarda ciddi nöqsanlara yol verilir.
Müşahidələr göstərir ki, ölkənin əksər rayonlarında kənd təsərrüfatı istehsalçıları yanlış olaraq torpaqların münbitliyinin yaxşılaşdırdığını zənn edərək məhsul yığımından sonra əkin yerlərini, xüsusilə də biçilmiş taxıl sahələrini (kövşənlikləri) yandırırlar.
Qeyd olunur ki, heç bir elmi əsası olmayan bu cür yanaşma təkcə kənd təsərrüfatına yararlı torpaqlar üçün deyil, həm də ətraf mühitə, insan həyatına ciddi təhlükə yaradır.
Əkin yerləri yandırılarkən bitki qalıqları, torpağın humus qatı, faydalı torpaq mikroflorası və mikrofaunası məhv olur. Torpaqda baş verən təbii bərpa və münbitləşmə prosesi, eləcə də, qida maddələrinin balansı pozulur, torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür.
Qeyd edilənləri nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına taxıl sahələrindən samanı yandırmadan çıxarmalarını və yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib şum və digər torpaq becərmə əməliyyatları aparmalarını tövsiyə edir.
Buna əməl etməyən torpaq sahibləri üçün cəza müəyyənləşib. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 15 dekabr 2017-ci il tarixli Qanunu ilə əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə olunur.
Femida.az
Oxunub: 1382
Oxşar xəbərlər
- Ukrayna MN: "Rusiya torpaqlarımızı minalayır"
- Hökumət azad edilmiş torpaqların kənd təsərrüfatı potensialını qiymətləndirib
- Gürcüstanda karxanada çökmə olub, torpaq altında qalanlar var
- Bakıda metro stansiyalarının tikintisində çıxarılan torpaqlar hara tökülür?
- Türkiyə Prezidenti: "Azad edilmiş torpaqların bərpasına dəstəyimiz fasiləsiz davam edəcək"
- “Azərbaycan torpaqlarına nəzarətini bərpa etməklə regionda söz sahibinə çevrildi” - Robert Sekuta
- "Azərbaycan torpaqlarını geri qaytardı və 30 illik ədalətsizliyə son qoyuldu" - Ərdoğan
- Nepalda daşqın və torpaq sürüşmələrində 88 insan ölüb, 30 nəfər itkin düşüb
- Qarabağa qayıdan kəndlilərə neçə sot torpaq veriləcək? - PREZİDENT AÇIQLADI
- "Bu torpaqları görməyən cavanlarımız uğrunda ölümə gedirdilər" - İlham Əliyev