Regionların inkişafına 4,5 milyard manat ayrılıb - Rəsmi


18:06     29 Yanvar 2018 sahin%20mus.jpg


"Son 14 il ərzində Azərbaycanda çox böyük işlər görülüb və böyük uğurlara nail olunub".

Femida.az-ın məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə ölkədə çoxşaxəli iqtisadi işlər görülüb, aqrar sektora dövlət dəstəyi diqqətdə saxlanılıb: "Əldə olunan uğurlu nəticələr göstərir ki, prezident İlham Əliyevin uğurlu siyasəti və yaradılan güclü iqtisadi siyasi sabitlik, aparılan davamlı iqtisadi islahatlar ölkə iqtisadiyyatının dayanıqlı inkişafını, makro iqtisadi sabitliyi təmin edib".

Nazir bildirib ki, bu müddət ərzində regionların tarazlı inkişafı təmin edilib, qeyri-neft sektoru inkişaf edib, dövlət və özəl sektor arasında geniş imkanlar yaradılıb. Bundan başqa, özəl sektorun inkişafı, aqrar sektora, kiçik sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılıb. Onun sözlərinə görə, 2014-cü ildən bu günə qədər uğurla icra olunan bu proqram regionların simasını dəyişib: “Ölkədə kommunal xidmətlərin inkişafı təmin edilib. Dövlət proqramı çərçivəsində 2017-ci ildə Azərbaycanda regionların inkişafına 4,5 mlrd. manat vəsait ayrılıb. Prezidentin bölgələrə 130-dan çox səfəri çərçivəsində müxtəlif təyinatlı 130-a qədər obyekt istifadəyə verilib, təməlqoyma mərasimləri keçirilib. Bu müddət ərzində dövlət büdcəsindən əlavə olaraq 368 milyon manat əlavə vəsaitin ayrılması təmin edilib".

Femida.az

Açar sözlər: #ŞahinMustafayev   #region   #büdcə   #iqtisadiyyat   #manat  

Oxunub: 799