Evində meyiti tapıldı


16:57     31 Yanvar 2018 meyittt.jpg

Gəncə şəhər sakini yaşadığı evin hamamında huşsuz halda tapılıb.


Hadisə şəhərin Fətəli Xan Xoyski küçəsindəki mənzildə baş verib. Şəhər sakini, 1967-ci il təvəllüdlü Abbasov Rövşən Camal oğlu ailə üzvləri tərəfindən səhər saatlarında hamamda huşsuz halda tapılıb.

R. Abbasov xəstəxanaya çatdırılıb, onun öldüyü məlum olub. 51 yaşlı kişinin dəm qazından zəhərlənərək öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Meyit   #Gəncə  

Oxunub: 732