Yasamalda soyğunçuluq edən şəxs tutuldu


23:48     01 Fevral 2018 1411037493_shirvanda-ogru-deste-tutuldu-cenubnews.jpg

Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində bir qadının pulunun açıq talama yolu ilə alınması barədə müraciət daxil olub.


DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, məlumatla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla S.Qurbanov küçəsində Bakı şəhər sakini T.Məmmədovanın 900 manat pulunun soyğunçuluq yolu ilə alınması məlum olub.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxs qısa zamanda müəyyən edilib. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Ağayev saxlanılaraq istintaqa cəlb edilib.

Femida.az

Açar sözlər: #DİN   #Polis   #Oğurluq   #Yasamal  

Oxunub: 607