Türkiyədə iş tapmaq asanlaşacaq - Azərbaycanlı nazirdən açıqlama


17:39     02 Fevral 2018 2018/02/1486070382_vakansiyalar_gence_1517564598.jpg

Azərbaycan və Türkiyə qarşılıqlı iş icazələrinin verilməsi prosedurunun sadələşdirilməsini müzakirə edəcək.


Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, bu sahədə bir sıra məsələlər qalıb ki, bunlar hər iki ölkənin müvafiq nazirlikləri arasında müzakirə olunacaq.

İş icazəsinin alınması üçün rüsumun azaldılması məsələsi barədə danışan S.Müslümov bildirib ki, bu məsələ yalnız iki ölkə arasında münasibətlər baxımından nəzərdən keçirilməməlidir: "Bizim qanunvericiliyimizə əsasən, Azərbaycanda iş icazəsinin alınması üçün ödəniş 1000 manat təşkil edir. Burada hər ölkəni ayrı-ayrı qeyd etmək mümkün deyil. Ona görə də bu məsələni ikitərəfli sazişlə nizamlamaq lazımdır. Fikrimcə, bu sahədə bizim birgə işimiz səmərə verəcək”.

Femida.az

Açar sözlər: #Türkiyə   #Azərbaycan  

Oxunub: 2248