Bakıda bina YANDI - 2 polis və 3 azyaşlı zəhərləndi


15:39     03 Fevral 2018 2018/02/polisss6_1517643858.jpg

Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib.


Femida.az-ın xəbərinə görə, Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanındayerləşən binanın girişindəki mağazada yanğın olub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Mənzildə olan insanlar təxliyyə olunub, hadisə nəticəsində iki polis əməkdaşı tüstüdən zəhərlənib. Onlar 1 saylı Klinik Tibbi Mərkəzə aprılıb.

Hadisaə zamanı tüstüdən zəhərlənən 2004-cü il təvəllüdlü Kərəm Səfərli, 2006-cı il təvəllüdlü Elcan Səfərli və 2009-cu il təvəllüdlü Selcan Səfərliyə də ilkin tibbi yardım göstərilb, vəziyyətləri normaldır. Zərərçəkənlər qohumdurlar.

Femida.az

Açar sözlər: #Polis   #Bakı   #Yanğın  

Oxunub: 794