Türkiyədə arvadı ilə dalaşan azərbaycanlı özünü bıçaqladı


21:30     04 Fevral 2018 bicaq8.jpg

Türkiyənin İstanbul şəhərində Azərbaycan vətəndaşı Neməddin A.özünü bıçaqlayıb

.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, hadisə səhər saatlarında İstanbulun Kasımpaşa məhəlləsində baş verib.

Mənbənin yazdığına görə, o, həyat yoldaşı ilə telefonda danışdıqdan sonra özünü qarnından bıçaqlayıb. Yaxınlıqda yaşayan sakinlər yaralının səsini eşidib köməyə gəliblər. O, təcili yardımla xəstəxanaya çatdırılıb.

Polis faktla bağlı araşdırmaya başlayıb.

Femida.az

Açar sözlər: #Türkiyə   #Bıçaq    

Oxunub: 368