Duman Bakı aeroportunun işinə təsir edibmi?


12:35     05 Fevral 2018 duman.jpg

Bakıda fevralın 5-də səhər saatlarında müşahidə olunan güclü dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə aeroportdan bildirilib. Məlumata görə, duman aeroportunun işinə təsir etməyib.

"Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir", - deyə aeroportda bildiriblər.

Femida.az

Açar sözlər: #Duman   #Bakı   #Aeroport  

Oxunub: 504