Magistraturaya sınaq imtahanı keçirilib
15:16 05 Fevral 2018
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçirib.
DİM-dən Femida.az-a bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə dörd binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb.
İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, imtahan keçirilən mərkəzlərlə mütəmadi əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun keçirilib.
İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sınaq imtahanının keçirilməsinin məqsədi bakalavrlara münasib vaxtda qapalı və açıq formalı test tapşırıqları vasitəsilə onların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, İKT və xarici dil üzrə bilik, bacarıq və vərdişlərini yoxlamaqdır. Həmçinin bakalavrların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün şərait yaratmaqdır.
Femida.az
Oxunub: 488
Oxşar xəbərlər
- Magistraturaya boş qalan yerlərə qəbul elan edilib
- Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
- Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edilib
- Ali məktəblərin magistraturalarına qəbul imtahanı başa çatıb
- Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək
- DİM 17 mindən artıq bakalavr üçün magistraturaya qəbul imtahanı keçirəcək
- Magistraturaya sənəd qəbulu başa çatıb
- Bu gündən magistraturaya sənəd qəbulu başlayır
- Magistraturaya qəbul qaydaları 2024-cü ildən dəyişdiriləcək
- Magistraturanın boş qalan yerlərinə qəbul elan edilib