Gürcüstana ən çox Azərbaycandan səfər edilib


16:30     05 Fevral 2018 gurcustan%20azerbaycanli.jpg

Yanvar ayında Azərbaycan Gürcüstana səfər etmiş əcnəbi ziyarətçilərin sayına görə 1-ci yeri tutub.


Gürcüstanın Milli Turizm Administrasiyasının yaydığı xəbərə görə, ötən ay Azərbaycandan qonşu ölkəyə 116 503 nəfər səfər edib ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 976 nəfər və ya 0,8% çoxdur.

Yanvar ayında Gürcüstana ümumilikdə 444 241 əcnəbi ziyarətçi səfər edib. Bu, ötən ilin analoji göstəricisindən 14,8% çoxdur.

Ötən ay Azərbaycandan sonra Gürcüstana ən çox ziyarətçi Türkiyə (94 959 nəfər), Ermənistan (93 711), Rusiya (71,141) və İrandan (15 570) səfər edib.

Gürcüstanın Milli Turizm Administrasiyası bu il ölkəyə 8 milyondan çox əcnəbi ziyarətçinin səfər edəcəyini proqnozlaşdırır. Turizmdən əldə olunacaq gəlirlərin isə 3 mlrd. dollardan artıq olacağı gözlənilir.

Femida.az

Açar sözlər: #Gürcüstan   #Azərbaycan  

Oxunub: 333