177 dövlət əmlakı öz sahibini axtarır - YENİ HƏRRAC


18:24     05 Fevral 2018 emlak%20herrac.jpg

Əmlak Məsələləri Dövlət Komitəsi martın 6-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.


Femida.az Komitəyə istinadən xəbər verir ki, hərraca 18-i səhmdar cəmiyyəti, 42-si kiçik dövlət müəssisəsi, 82-si qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsi olmaqla ümumilikdə 177 dövlət əmlakı çıxarılıb. Hərraca çıxarılan kiçik dövlət müəssisələri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Onlardan 17-si xidmət, 8-i kənd təsərrüfatı, 5-i iaşə, 6-sı təmir, qalanları isə sənaye ilə bağlıdır.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri arasında isə pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr - “Zaqatala Fındıq”, “Anar”, “Xəzər Avtonəqliyyat”, “Salyan Kəndkimya”, “Lənkəran Mebel”, “Əli Bayramlı Aqrotəmir” və digərləri var.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 64-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bunlardan 13-ü Bakının Nərimanov, 11-i Binəqədi, 6-sı Yasamal, qalanları isə Sabunçu, Nizami, Qaradağ, Səbail, Xətai və Pirallahıda yerləşir. Regionlar üzrə qeyri-yaşayış sahələri Gəncədə, Sumqayıtda, Ucarda, Mingəçevirdə və başqa bölgələrdə yerləşir. Belə əmlakların sahəsi 10 kv.m ilə 420 kv.m arasında dəyişir.

Nəqliyyat vasitələrinin isə markaları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 1372 manatla 2595 manat arasında dəyişir. İstehsal tarixləri isə 2008-2009-cu illəri əhatə edir.

Femida.az

Açar sözlər: #Hərrac   #Əmlak  

Oxunub: 599