AŞ PA həmməruzəçiləri Azərbaycana gələcəklər


14:29     06 Fevral 2018 2018/02/aspa-hemmeruzeciler_1517898626.jpg

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri tezliklə Azərbaycana faktaraşdırıcı səfər etməyi planlaşdırırlar.


Femida.az xəbər verir ki, bu barədə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak özünün "Twitter" səhifəsində yazıb.

S.Şennak qeyd edib: "Novruz yaxınlaşır, həmçinin seçkilər və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tarixi yaxınlaşır. Biz çoxlu sayda məhbusun azad ediləcəyinə ümid edirik".

Femida.az

Açar sözlər: #AŞPA   #Monitorinq  

Oxunub: 536