Azərbaycan BMT-yə müraciət edib
15:09 06 Fevral 2018
Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədlərinə dair Yol Xəritəsinin hazırlanması üçün BMT-yə müraciət edib.
Femida.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMT İP) rezident nümayəndəsi Qulam İshaqzai Bakıda media nümayəndələri üçün Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş təlimdə bildirib.
O qeyd edib ki, ümumiyyətlə, 17 məqsədi həyata keçirmək asan deyil. Nəzərə alınmalıdır ki, bu məqsədlər çərçivəsində 169 hədəfə çatmaq lazımdır. Ona görə də bu işdə BMT ilə yanaşı hökumətlər, QHT, media və digərləri də qoşulmalıdır.
Lakin BMT nümayəndəsinin sözlərinə görə, dünyada hələ də bu məsələyə kifayət qədər diqqət ayrılmayıb.
Femida.az
Oxunub: 444
Oxşar xəbərlər
- BMT-nin Baş katibi Ukraynada səfərdədir
- BMT Baş katibi artan nüvə təhlükəsindən narahatdır
- BMT: Ukraynada müharibə azı 4 509 mülki şəxsin həyatına son qoyub
- BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib
- BMT Ukraynada mümkün nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib
- BMT yoluxucu xəstəliklərin yayılma riski barədə xəbərdarlıq edib
- BMT baş katibi Ukraynaya səfər edib
- Putin BMT baş katibi ilə görüşüb
- Ukrayna BMT-dən Mariupoldan dəhliz ayırmağı tələb edib
- BMT-nin baş katibi Ukraynaya səfər edəcək