İki nəfəri maşın vuraraq öldürüb


15:30     06 Fevral 2018 piyada8.jpg

Bakıda və Füzulidə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, fevralın 5-də saat 12 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Əhliman Dadaşov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Mehdiqulu Poladovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Elə həmin gün saat 19 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsində qəsəbə sakini Məmməd Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Fin qəsəbə sakini Cavid Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Bakı   #Füzuli  

Oxunub: 512