Bakıda güclü partlayış oldu– YENİLƏNİB (FOTO+VİDEO)


00:08     07 Fevral 2018 18_02_06_1517932142.jpg

Bakı metrosunun “Həzi Aslanov” stansiyası yaxınlığında güclü partlayış baş verib.

Bakı metrosunun “Həzi Aslanov” stansiyası yaxınlığında güclü partlayış baş verib.

Femida.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Məlumata əsasən, partlayış “Radiozavod” deyilən ərazinin yaxınlığlında baş verib.

Partlayışdan sonra yanğın başlayıb.

Hazırda həmin əraziyə yanğınsöndürənlər cəlb olunub.

Partlayış baş verən ərazinin yaxınlığında yanacaq doldurma məntəqəsinin də olduğu bildirilsə də, orada hər hansı yanğın hadisəsinin baş vermədiyi bildirilir.

Hadisə yerində olan müxbirimizin verdiyi məlumata görə, ərazi tam polis və FHN əməkdaşlarının nəzarətinə götürülüb.

Əraziyə əlavə yanğın söndürmə və təcili tibbi briqadaları çağırılıb.

Hadisə nəticəsində ölən və yaralananların olması və dağıntı barədə ilkin məlumat yoxdur.

Hazırda ərazidə qatı tüstü müşahidə olunur.

Xəbər yenilənir.















Femida.az

Açar sözlər: #Bakı   #partlayış   #yanğın   #FHN  

Oxunub: 4533