Əli Ağaminin həbs müddəti uzadıldı
21:00 07 Fevral 2018
Bu gün Nəsimi Rayon Məhkəməsində Bakıda qatardan qaçan məhbus Əli Ağaminin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Femida.az xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
Qərara əsasən, Ə.Ağaminin həbs müddəti daha 3 ay artırılıb.
Qeyd edək ki, qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağaminin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Dövlət ittihamçısı onun 19 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.
Ə.Ağami və digər məhbus, "Qoca" ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Ötən il oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.
Nəsimi Rayon Məhkəməsi Ə.Ağaminin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.
Femida.az
Oxunub: 651
Oxşar xəbərlər
- Fədayə Laçının məhkəməsi davam edir: "Əli Ağami bizə gətirilib..."
- Qatardan qaçan dustaq: "Fədayə Laçınla bir vaqonda getdik"
- Qarovul rəisinin ifadəsi: “Qoca” və Əli Ağami qatardan necə qaçıb?
- Qatardan qaçan məhbusun məhkəməsi başladı
- Əli Ağami apellyasiya şikayəti verəcək
- “Kərimin anası həmin xəbərə görə ölməyib“ - Meyxanaçı Ağamirzə