Əfqan Muxtarlı azadlığa buraxılıb - 2 günlük


16:27     08 Fevral 2018 18_02_08_1518078529.jpg

Həbsdə olan jurnalist Əfqan Muxtarlı bacısının 40 mərasimində iştirak etmək üçün azadlığa buraxılıb.



Femida.az-ın məlumatına görə, Ə. Muxtarlıya yas mərasimində iştirak etmək üçün 2 gün icazə verilib.

Qeyd edək ki, Ə. Muxtarlı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. 2017-ci il dekabrın 31-də jurnalistin Zaqatala şəhərində kirayədə yaşayan bacısı Muxtarlı Nuranə Sabir qızının, onun azyaşlı övladının, eləcə də qardaşı Ramazan Muxtarlının azyaşlı övladının meyitləri aşkarlanıb.

Femida.az

Açar sözlər: #Azadlıq   #Jurnalist  

Oxunub: 797