Qardaş özündən 8 yaş balaca bacısına ağır xəsarət yetirdi - Bakıda
20:33 08 Fevral 2018
Xəzər rayonun 1 saylı Polis Bölməsinin əməkdaşları növbəti ailə zorakılığı faktını qeydə alıb.
Femida.az xəbər verir ki, fevralın 7-də Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Təranə Əliyevə təcili tibbi yardım xəstəxanasına çatdırılıb.
Qardaşı qadına xəsarət yetirərək onun əlini tanınmaz hala gətirib.
Həkimlər qadına lazımi yardım göstərərək, baş verənlər barədə polisə məlumat verib. Araşdırma nəticəsində məlum olub ki, hadisəni böyük qardaşı, 1966-cı il təvəllüdlü Şüvəlan qəsəbəsi, Bağlar yaşayış massivinin sakini Ağabalayev Elxan Əlikram oğlu törədib.
Məlumata görə, bacı-qardaş arasında münaqişə 19:30 radələrində baş verib. Hazırda Xəzər rayonunun istintaq şöbəsi cinayət hallarını araşdırır.
Femida.az
Oxunub: 900
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb