Güclü qar hava limanının işini iflic etdi


14:18     10 Fevral 2018 2018/02/1518198889_1518243567.png

Güclü qar Birləşmiş Ştatlarda hava limanlarının işinə əngəl törədib.


Mülki təyyarələrin hərəkət trayektoriyasını izləyən "FlightAware" saytının məlumatına görə, ölkədə 1,2 mindən çox reys ləğv olunub. Bakı vaxtı ilə 20:36-a olan vəziyyətə görə, 1254 reys ləğv olunub, 1159 aviareys gecikib. Bununla belə, daha çox reys Çikaqo (İllinoys ştatı) və Detroyt (Miçiqan ştatı) hava limanlarında ləğv olunub. Arktika siklonu mərkəzi ştatlardan keçməklə şimal-qərbdən hərəkət edir. Həmin ərazilərdə 25 milyondan çox amerikalının yaşadığı bildirilir.

Femida.az

Açar sözlər: #ABŞ   #Qar   #Çikaqo  

Oxunub: 804