Stalinin gizli parolu: “Pəncərədən daş gəlir”


18:04     15 Sentyabr 2015 621554.jpg

SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş İosif Stalin Bakıda həbsdə yatarkən Azərbaycanın xalq mahnısından parol kimi istifadə edib.

Femida.az ilk dəfə Türkiyə mediasında yayılmış maraqlı faktları sizə təqdim edir.


Oktyabr inqilabından əvvəl İosif Vissariyonoviç Stalin, 1908-ci ilin mart ayında həbs olunmuş və Bakıdakı məşhur Bayıl həbsxanasına salınmışdı. Stalin sentyabr ayına qədər bu həbsxanada qalmış və Azərbaycan Xalq Cümhuriyyətinin quruculardan olmuş Məhəmməd Əmin Rəsulzadənin köməkliyi ilə həbsxanadan qaçmışdı.

GİZLİ PAROL – “PƏNCƏRDƏN DAŞ GƏLİR”

Stalin həbsxanada olduğu müddətdə yoldaşlarının onunla gizli xəbərləşməsi mütləq idi. Onların Stalinlə çox maraqlı ünsiyyət metodu var idi. Onlar bunu gizlin şəkildə, parol vasitəsi ilə edirdilər. Bu parolu eşidincə daşa bükülü məktubun gələcəyini bilirdilər. Həm də bu, daşın çıxardığı səsin qarşısını alırdı.

Həmin parol isə Azərbaycanın məşhur xalq mahnısı "Pəncərədən daş gəlir” idi. Nə vaxt bir-birlərinə məktub göndərirdilərsə bu mahnını oxuyurdular. Həbsxanada keçirdiyi günlərdə Stalin çöldəki yoldaşları ilə məktub vasitəsi ilə əlaqə qurmağa çalışırdı.

Yoldaşları onunla məktubları daşlara bağlayıb Stalinin qaldığı həbsxana kamerasının pəncərəsindən ataraq və eyni şəkildə cavab alaraq ünsiyyət qururdular. Təbii ki, buna Stalinin Azərbaycan dilini qismən bilməsi də kömək edirdi.




STALİN AYAQÜSTƏ ALQIŞLAYIR

İllər sonra 1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyət Günləri təşkil edilir. Bu ərəfədə bəstəkar Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi qrup, "Bolşoy Teatr”da konsertlə çıxış etmək üçün təklif alır. Stalin, konsertdən bir gün əvvəl məşqlərini izləyir və Hacıbəyovdan konsert üçün dəvət alır. Kommunist lider Üzeyr Hacıbəyova, illərdir unutmadığı "Pəncərədən daş gəlir" xalq mahnısını ifa edəcəkləri təqdirdə gələcəyini deyir. Qrup gənclərdən ibarət olduğu üçün mahnını əzbər bilmir. Üzeyr Hacıbəyov bütün səyi ilə çalışaraq mahnını qrupa öyrətməyə nail ola bilir. Səhəri gün "Bolşoy Teatr”da baş tutan konsertin sonunda Stalin, Hacıbəyov və azərbaycanlı musiqiçilər ayağa qalxaraq alqışlayır.

Daha sonra, Üzeyr bəyə tez-tez konsertlə çıxış etməyi təklif edilir. Bundan sonra "Bolşoy Teatr”da "Pəncərədən Daş Gəlir" mahnısı üç dəfə oxunur. Həmin konsetlərin ikisində Stalin də iştirak edib.

ƏZBƏRDƏN BİLİRİDİ

Mədəniyyət günlərinin sonunda Üzeyir Hacıbəyovun şərəfinə böyük qonaqlıq təşkil olunur. Bəstəkarla yanaşı oturan Stalin onun haqqında tərif dolu sözlər deyir, qədəhini onun sağlığına qaldırır. Stalin, Hacıbəyovun operalarını əzbərdən bilirdi. Hətta Üzeyir bəyin ariyalarından birini oxuyur. O, Hacıbəyovdan Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Avropaya gedən və illərdir Parisdə Sovet əleyhinə fəaliyyət göstərən qardaşı Ceyhun Hacıbəyovun da SSRİ-yə gəlməsini xahiş edir. Ona ev və iş verəcəyini söz verir. Sovet liderinin bu hərəkəti bəstəkara olan heyranlığından və hörmətindən irəli gəlirdi.

Qeyd: Üzeyir Hacıbəyov, 1938-ci ildə birbaşa Kommunist Partiyası üzvlüyünə qəbul edilir. Bəstəkar Stalinin göstərişi ilə, SSRİ Xalq artisti adına layiq görülür. Lenin nişanına və Stalin mükafatı ilə təltif olunduqdan sonra SSRİ Ali Şurasının üzvü olur. II Dünya Müharibəsində bəstəkar, Sovet ordusuna tank istehsalı üçün 25 min rubl pul bağışlayıb. Üzeyir Hacıbəyov xəstələndiyi vaxt Stalinin xüsusi dəvəti ilə Kreml xəstəxanasında müalicə olunub.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 6686