Yağışlar başladı - Çaylarda suyun səviyyəsi dəyişdi


13:44     11 Fevral 2018 2018/02/caylar_1518328118.jpg

Çaylarda son günlər üzrə sululuq səviyyəsi dəyişib.


Femida.az xəbər verir ki, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 190-210, Lənkəran-Astara bölgəsi çaylarında 100-160, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 198 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 120 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 43 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.

Femida.az

Açar sözlər: #Qanıx   #çay   #Əyriçay   #QafqazKür  

Oxunub: 579


Oxşar xəbərlər