Bakıdan Vyanaya ilk qatar mayda yola düşəcək


14:16     11 Fevral 2018 2018/02/15183216853838043260_1000x669_1518328524_1518329881.jpeg

Bakı-Tbilisi-İstanbul-Aleksandropolis-Vyana marşrutu üzrə ilk sərnişin qatarı 2018-ci ilin mayında yola düşəcək.


Femida.az AzərTAc-a istinadən xəbər verir ki, artıq Azərbaycan Fransanın “Stadler Rail Group Alstom” firmasından 64 sərnişin vaqonu alıb. Gürcüstanın newstbilisi portalının yaydığı məlumata görə, bu vaqonlar Gürcüstan-Türkiyə sərhədindəki Axalkalaki rayonunda qısa bir zamanda yeni xətlərə keçiriləcək.

Yeni vaqonlar yüksək keyfiyyətli, komfortludur. İki nəfərlik kupelərdə kondisioner və Wi-Fi olacaq. Qatarda, həmçinin restoran və bar fəaliyyət göstərəcək.

Femida.az

Açar sözlər: #Bakı   #Vyana   #Qatar  

Oxunub: 1052