“Səyyar ASAN xidmət” 9 məntəqədə

“Səyyar ASAN xidmət” 9 məntəqədə


14:48     12 Fevral 2018 seyyar%20asan5.jpg

Səyyar ASAN xidmət 1 fevral – 2 mart tarixlərində Xırdalan, Xaçmaz, İmişli, İsmayıllı, Goranboy, Göyçay, Şirvan və Lənkəranda, 1 – 12 fevral tarixlərində Suraxanı rayonunun Hövsan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.


"ASAN xidmət"dən Femida.az-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Femida.az

Açar sözlər: #ASAN   #Səyyar   #Xırdalan   #Xaçmaz   #İmişli   #İsmayıllı   #Goranboy   #Göyçay   #Şirvan  

Oxunub: 566