İTV-nin ölən aparıcısının cəsədi ekspertizaya aparıldı - SON DƏQİQƏ


17:31     12 Fevral 2018 18_02_12_1518428030.jpg


“İctimai” TV-də uşaq verilişlərinin aparıcısı Kamran İsrafilov dünyasını dəyişməsi haqda məlumat vermişdik.

Femida.az xəbər verir ki, mərhumun yaxınları Yenicag.az-a Kamranın səhər saatlarında anidən halının pisləşdiyini bildirib:

“Təcili yardım maşını çağrılsa da, gec olub. Qardaşı xaricdə yaşayır, ona da xəbər verdik. Gəlir, yoldadır. Anası da ağır xəstədir, bu itkiyə necə tab gətirəcək bilmirik”.

Qeyd edək ki, Kamranın 8 yaşlı bir oğlu var.

Dəfn mərasimi sabah baş tutacaq. Mərhum Şüvəlan qəbiristanlığında dəfn olunacaq.

Son məlumata görə, bu dəqiqələrdə mərhumun cəsədi ekspertiza olunmaq üçün evindən aparılıb.

Femida.az

Açar sözlər: #Kamranİsrafilov   #aparıcı   #ictimai   #televiziya  

Oxunub: 3699


Oxşar xəbərlər