Tanınmış vəkil Sığortaçılar Assosiasiyasına sədr təyin edildi


17:50     12 Fevral 2018 18_02_12_1518428983.jpg


Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) yeni sədr təyin edilib.

Femida.az-a verilən görə məlumata görə, “ASA”nın təsisçilərinin ümumi yığıncağında Mustafa Abbasbəylinin yeni vəzifəyə təyin olunması barədə qərar qəbul edilib. M.Abbasbəyli bildirib ki, o, fevralın 9-dan vəzifəsinin icrasına başlayıb.

"Azərbaycan Sığortaçılar Assosiasiyasının planları barədə hər hansı bir dəyişikliklər və ya yeniliklər barədə danışmaq hələ ki, tezdir”, - deyə M. Abbasbəyli vurğulayıb.

Xatırladaq ki, ölkədə sığorta şirkətlərinin birində fəaliyyətə başlayan M.Abbasbəyli 2007-ci ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, 2008-2010-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq Komitəsinin üzvü, 2010-2014-cü illərdə isə həmin komitənin sədri vəzifəsini daşıyıb. O, 2010-cu ildən Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür.

Femida.az

Açar sözlər: #hüquq   #vəkil   #sığorta   #sədr  

Oxunub: 1043