Spikerlə deputat arasında mübahisə yarandı
17:21 13 Fevral 2018
Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə arasında mübahisə yaranıb.
Femida.az-ın məlumatına görə, bələdiyyələrin illik fəaliyyətinə nəzarət edən orqanın hesabatının müzakirəsi zamanı Arif Rəhimzadəyə nazir müavini Vilayət Zahirovdan sonra söz verilməsi onun narazılığına səbəb olub: “Rəhbərlik etdiyim komitəyə aid məsələ müzakirə olunursa, mənə əvvəldən söz və ya sonda sualları cavablandırmaq üçün vaxt verilməliydi. İndi lazım deyil. Belə olmaz, nazir müavinindən sonra deyiləcək süzüm yoxdur”.
Oqtay Əsədov isə “irad bildirmək lazım deyil, mən elə düşünmədim”, - deyə cavab verib.
Femida.az
Oxunub: 1113
Oxşar xəbərlər
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Deputatların maaşı artırılır
- Ermənistanda müxalif deputatlara cinayət işi açılıb
- Erməni deputat polislərin rüşvətxorluğundan şikayətlənib
- Deputat Cavanşir Feyziyev məhkəməyə verilib
- Deputat: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib"
- Cahangir Hacıyev və keçmiş deputat yenidən Ali Məhkəməyə müraciət edib
- Deputat nazirlərdən Əli Əsədova şikayət edib
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycan deputatları Ermənistana gedir