Baronessa Nikolson Bakıya gəlir
13:59 14 Fevral 2018

Böyük Britaniyanın Azərbaycan üzrə ticarət səfiri Baronessa Nikolson Bakıya səfər edəcək.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən Femida.az-a verilən məlumata görə, o, sabah Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının 4-cü iclasına qatılacaq.
B. Nikolsonun Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, vergilər naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovla görüşü də nəzərdə tutulur.
Femida.az
Oxunub: 356