Külli miqdarda narkotik müsadirə olundu

15:52     14 Fevral 2018 1276068124_mak-narkotich.jpg

Fevralın 13-də Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mehman Məmmədov Gəncə şəhərində saxlanılıb.


DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Femida.az-a verilən məlumata görə, üzərinə baxış keçirilərkən onun əlindəki sintetik torbadan çəkisi 4 kiloqram 850 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: #DİN   #Cinayət  

Oxunub: 282