MSK İlham Əliyevin namizədliyini TƏSDİQLƏDİ

MSK İlham Əliyevin namizədliyini TƏSDİQLƏDİ

16:22     14 Fevral 2018 18_02_14_1518610975.jpg

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirəyə çıxarılıb.

Femida.az-ın məlumatına görə, iclasda qeyd olunub ki, İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq edilməsi üçün bütün əsaslar mövcuddur. Daha sonra məsələ səsə qoyulub və İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Prezident İlham Əliyevin aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərinə hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

Femida.az

Açar sözlər: #İlhamƏliyev   #prezident   #seçki   #MSK  

Oxunub: 698