NATO ölkələri "Hərbi Şengen" yaradır


18:30     15 Fevral 2018 2018/02/nato_1518690667.jpg

NATO-ya üzv dövlətlərin müdafiə nazirləri Şimali Atlantika Alyansının Avropa sərhədlərində "Hərbi Şengen" zonası yaratmaq qərarına gəlib.


Femida.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ittifaq ölkələrinin müdafiə nazirləri Brüsseldə keçirilən görüşdə bu təklifi qəbul edib.

Müdafiə nazirləri Avropada hərbi qüvvələrin köçürülməsini təmin etmək üçün komanda heyətinin yaradılmasını təsdiqləyiblər.

Lakin müşahidəçilər bunun o qədər də asan olmayacağını qeyd edirlər. Belə ki, Avropa Birliyində yolların, körpülərin və tunellərin hərbi məqsədlə istifadəsi nəzərdə tutulmadığından müəyyən qədər çətinlik yaşanacağı aydındır.

Femida.az

Açar sözlər: #NATO   #Şengen   #Viza  

Oxunub: 711