Uzunömürlülər üzrə laboratoriya yaradıla bilər - Azərbaycanda


14:48     16 Fevral 2018 qoca%20qadin%20aglayir%20doyul.jpg

Səhiyyə Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə uzunömürlülər üzrə laboratoriya yaradıla bilər.


Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA-nın Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxış edən Akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, bu gün Azərbaycanda uzunömürlü insanların sayı artıb: "Tibb elmi Akademiyada əsaslı şəkildə inkişaf edib, Azərbaycanda çox güclü tibb elmi məktəbləri yaradılıb".

Akademiya prezidenti əlavə edib ki, elmi tədqiqatların gələcək inkişafı bilavasitə unikal elmi cihazlardan istifadə ilə bağlıdır. Bunun tibb sahəsi üçün xüsusilə aktual olduğunu deyən akademik AMEA ilə Səhiyyə Nazirliyi arasında cihaz və avadanlıqların istifadəsi sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsini vacib sayıb.

O qeyd edib ki, tibb sahəsində kompüter texnologiyası geniş istifadə edilməlidir.

Femida.az

Açar sözlər: #SəhiyyəNazirliyi   #AMEA   #laboratoriya  

Oxunub: 802