SOCAR-ın mühəndisi iş yerində İNTİHAR ETDİ


18:50     16 Fevral 2018 ozunu%20binadan%20atan%20adam%20intihar.jpg

Bakıda SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun böyük mühəndisi iş yerində intihar edib.

Hadisə bu gün saat 12 radələrində baş verib. İnstitutun böyük mühəndisi, 49 yaşlı Əli Süleymanov özünü işlədiyi binada 8-ci mərtəbədən atıb. Süleymanov yerindəcə keçinib. Hadisə yerinə təcili yardım briqadası çağırılıb.

SOCAR intitutda baş vermis intiharla bağlı açıqlama verib.

Xəbərdə deyilir ki, institutun əməkdaşı 1969-cu il təvəllüdlü Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. Əli Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzfəsində işləyib.

İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depresiyadan əziyyət çəkib və müalicə olunurdu.

Hadisə ilə bağlı araşdırma aparılır.

Açar sözlər: #SOCAR   #azəriqaz   #intihar  

Oxunub: 2295