Gürcüstanda silahlı insident - Azərbaycan vətəndaşı öldürüldü
14:12 18 Fevral 2018
Gürcüstanın Qurcaani bələdiyyəsinin Cimiti kəndində yerləşən ferma ərazisində Azərbaycan vətəndaşı ov tüfəngi ilə qətlə yetirilib.
Femida.az-ın APA-ya istinadən məlumatına əsasən, silahlı insidentə mübahisə səbəb olub. Qarın nahiyəsindən yaralanan Azərbaycan vətəndaşı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətli törətmiş şəxsin Azərbaycan vətəndaşının qohumu olduğu bildirilir. O, hadisə yerindən qaçsa da, bir neçə saatdan sonra saxlanılıb. Onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Femida.az
Oxunub: 731
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Ceyhun Bayramov Gürcüstana gedib
- Gürcüstan buğda ixracına qadağa qoyur
- Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda zəlzələ olub