Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib
20:30 18 Fevral 2018
2018-ci il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11 milyard 757,8 milyon manat təşkil edib.
Trend-in məlumatına görə, ümumi kredit portfelinin 9 milyard 656,5 milyon manatı və ya 82,1 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 96,4 faizi banklar, 3,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 626,7 milyon manata çatıb və ümumi kredit portfelinin 13,8 faizini təşkil edib.
Oxunub: 493
Oxşar xəbərlər
- Kredit borcları silindi
- Əhaliyə sevindirəcək XƏBƏR - Kredit faizləri azaldıla bilər - VİDEO
- Azərbaycanda tibb işçilərinə güzəştli ipoteka krediti veriləcək
- Rusiya Litvanın 4, Latviya və Estoniyanın 6 diplomatının akreditasiyasını ləğv edib
- Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb
- Yaşı 18-dən az olan tələbələrin kredit alması üçün müraciət forması sadələşdiriləcək
- Kredit ikinci ali təhsil alanlara da veriləcək
- Təhsil kreditinin verilməsinə başlanılır - Rəsmi
- Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin kredit borclarının silinməsi təklif edilib
- Azərbaycanda peşə məktəblərində tədris kredit sistemi ilə təşkil ediləcək