Mağazadan "wi-fi" aparatı oğurladı
20:53 19 Fevral 2018
Fevralın 18-nə keçən gecə DİN-in "102" Xidməti Zəng Mərkəzinə Nərimanov rayonu ərazisindəki bir şirkətdən və 1 mağazadan oğurluq edilməsi barədə məlumatlar daxil olub.
DİN-dən Femida.az-a verilən məlumata görə, hadisə yerinə gələn Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla karqo şirkətindən və mağazadan 150 manat pul, "Wi-Fi" aparatı, yaddaş qurğusu, mobil telefon, ev telefonu və qiymət çap edən aparatın oğurlanması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Alıyev qısa zamanda müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 2439
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib