DİN-dən uğurlu əməliyyat: 41 nəfər saxlanıldı


13:23     20 Fevral 2018 1393411285_azerbaycan-polisi-cenubnews.jpg

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #DİN   #avtomobil   #cinayət   #polis  

Oxunub: 1144