Ağdaş polisi daha bir yaralının həyatını xilas etdi


18:05     20 Fevral 2018 polis_478756754646.jpg


Fevralın 14-də axşam saatlarında Ağdaş Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə bir nəfərin güllə yarası ilə rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

DİN mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bu barədə dərhal RPŞ-nin rəisi, polis polkovniki Rasim Mustafayevə məruzə olunub. Rəisin göstərişi ilə əməliyyat qrupu iki istiqamətdə yollanaraq araşdırmalara başlayıb. Hadisə baş verdiyi ünvana gedən əməkdaşlar zərərçəkmiş Sadiq Şaxmuradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəş nəticəsində ağır yaralanmasını müəyyən ediblər.

Xəstəxanaya yollanan RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Azad Məmmədov yaralının çoxlu qan itirməsi səbəbindən vəziyyətinin kritik olduğunu öyrənib. Həkimlərin dediyinə görə, onun həyatını xilas etmək üçün təcili qan lazım idi. Amma lazım olan miqdarda qanı gecədən xeyli keçmiş Mingəçevirdəki regional Qan Bankından gətirilənə qədər çox vaxt aparacaqdı. Polis mayoru Azad Məmmədov, polis serjantı Elvin Eminovla birlikdə qan qruplarının yaralının qanı ilə uyğunluğunu öyrənib, onun həyatını xilas etmək üçün özləri qan vermək qərarlarını həkimlərə bildirirlər.

Artıq əməliyyat olunan S.Şaxmuradovun vəziyyəti yaxşılaşıb.

Doğmaları, qohumları yaralının həyatını təhlükədən xilas edən polislərə minnətdarlığını bildirir.

Elə eşidib-bilənlər də hər zaman çətinə düşəndə polisə güvəndiklərini deyirlər.

Qeyd edək ki, ötən gün Ağdaşda yol polisləri kanalda boğulmaq üzrə olan ana və körpəni xilas etmişdi.

Femida.az

Açar sözlər: #polis   #Ağdaş   #həyat   #yaralı  

Oxunub: 1501