XİN Suriyada ölən və yaralananlarla bağlı məlumat yayıb
22:10 20 Fevral 2018
"Suriyada baş verən hərbi toqquşma zamanı Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçusu olmayan Rusiya vətəndaşları həlak olub".
Bu barədə Rusiya XİN-in açıqlamasında deyilir.
XİN konkret olaraq hansı toqquşmadan söhbət getdiyi, hadisənin hansı tarixdə və harada baş verdiyini açıqlamayıb. Bildirilib ki, aralarında MDB-yə üzv ölkələrin vətəndaşlarının da olduğu onlarla yaralı var: “Onların Rusiyaya qayıtması üçün köməklik göstərilib. Bu şəxslər müxtəlif tibb müəssisələrində müalicə alır”.
İlk dəfə rəsmi Moskva Suriyada rusiyalıların ölümü ilə bağlı fevralın 15-də açıqlama yayıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, onlar ilkin olaraq ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın zərbəsi nəticəsində 5 rusiyalının ölümünü təsdiqləyirlər.
Qeyd edək ki, fevralın 7-də ABŞ hərbi aviasiyası, o cümlədən B-52 strateji bombardmançı təyyarələri Suriyanın Xişam yaşayış məntəqəsində Suriya hökumətini dəstəkləyən qüvvələrə zərbələr endirib. Hadisə yerində rusiyalı muzdlular da olub. Onlar arasında ölənlərin sayının 11 nəfərdən bir neçə yüz nəfərə qədər olması barədə məlumatlar yayılıb.
Femida.az
Oxunub: 476
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Ukrayna XİN ABŞ-ı silah tədarükünə nəzarət tələblərindən imtina etməyə çağırıb
- Azərbaycan XİN Nikol Paşinyana cavab verib
- Tehranda Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək
- Ukrayna XİN Rusiyanın müharibədə yeganə üstünlüyünü açıqlayıb
- Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub
- Azərbaycan XİN bəyanat yayıb
- Azərbaycan XİN İsraili təbrik edib
- Türkiyə və İran XİN başçıları telefonla danışıb
- Türkiyə XİN rəhbəri: “Müttəfiqlərdən birinə hücum olarsa, NATO Rusiyaya lazımi cavabı verəcək”