Həcc ziyarətinə 30 gün qalmış səfərdən imtina edənlərin PULU QAYTARILMAYACAQ


15:52     21 Fevral 2018 zevvarlar.jpg

Azərbaycandan bu il Həcc ziyarətinə getmək üçün sənəd verən zəvvarlardan sonradan ziyarətdən imtina edəcəkləri halda ödənişlərin geri qaytarılması ilə bağlı şərtlər açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Femida.az-a verilən məlumata görə, sənəd verən ziyarətin başlanmasına ən azı 90 gün qalmış imtina ilə bağlı müraciət edənlərə ödənişlərinin tam məbləği qaytarılacaq.

Ziyarətin başlanmasına 60 gün qalmış imtina ilə bağlı müraciət edənlərə isə ödənişin 50 faizi, ziyarətin başlanmasına 30 gün qalmış imtina müraciəti edənlərə ödənişin 25 faizi qaytarılacaq. 30 gündən az qalmış imtina ilə bağlı müraciət edənlərə isə məbləğdən heç bir vəsait geri qaytarılmır.

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi BƏYƏNİN

Femida.az

Açar sözlər: #QMİ   #zəvvar   #həcc   #ziyarət  

Oxunub: 1571