Sərhəddə qanunsuz qızıl-zinət əşyaları keçirmək istəyən şəxs saxlanıldı


19:17     21 Fevral 2018 2018/02/15192063172036235427_1000x669_1519207542_1519212123.jpg

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Smiths detektion Heimann X-ray" yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, baxış zamanı, xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 185,12 qram olan 7 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 19 cüt qızıl sırğa, 8 ədəd qızıl boyunbağı və 7 ədəd qızıl kulon aşkar edilib.

Faktlabağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Gürcüstan   #Gömrük  

Oxunub: 849