Sabah çətir götürməyi unutmayın


18:18     09 May 2015 yagisli%20hava.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Mayın 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Açar sözlər:

Oxunub: 505