Yavər Camalov İran müdafiə naziri ilə görüşüb


23:09     21 Fevral 2018 2018/02/147-2_1519219459.jpg

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.


Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Y. Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə iki ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iştirak edib.

Femida.az

Açar sözlər: #müdafiə   #sənayesi  

Oxunub: 619