Tbilisidə güclü yanğın başlayıb


21:57     21 Fevral 2018 2018/02/627465_1519221499.jpg

Gürcüstanın paytaxtı Tbilisi şəhərində güclü yanğın baş verib.


Femida.az xəbər verir ki, yanğın paytaxtın Eristavi küçəsində, "Didube" metro stansiyasının yaxınlığında baş verib.

Hadisə döşək anbarında qeydə alınıb. Ətrafı qatı tüstü bürüyüb.

Əraziyə 18 yanğınsöndürən avtomobil və təcili tibbi yardım maşınları cəlb olunub.

Açar sözlər: #Gürcüstan   #Tbilisi  

Oxunub: 620