Tankçı olmadan idarə edilən tank hazırlayacaq - Türkiyədən hərb tarixində inqilab


00:40     22 Fevral 2018 18_02_21_1519231337.jpg

"Biz tankçı olmadan idarə edilən tank istehsal edəcəyik. Bunu etməyimiz vacibdir".



Femida.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin gələcək inkişafına dair proqramın təqdimat mərasimində bildirib.

O vurğulayıb ki, ölkəsinin hərbi və müdafiə sənayesi sürətlə inkişaf edir:

"Qürurla danışa və öyünə biləcəyimiz sahələrdən biri də hərbi və müdafiə sənaye sahələrimizdir. Əvvəllər bir Pilotsuz Uçan Aparatımız düşəndə narahat olurduq. İndi biri olmazsa, ikinci, üçüncü və s. var. Bu yaxınlarda bizim bir hərbi helikopterimiz qəzaya uğradı. Biz helikopterə görə deyil, orada şəhid olan pilotlarımıza görə narahat olduq".

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi BƏYƏNİN

Açar sözlər: #Türkiyə   #Hərb   #Ordu   #Ərdoğan   #Tank  

Oxunub: 934