Aydın Əliyev vətəndaşların şikayətini dinləməyə gedir


14:34     22 Fevral 2018 aydin%20eliyev0.jpg

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev fevralın 27-də saat 11:00-da Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində (N. Nərimanov küç.) bu bölgədən olan vətəndaşları qəbul edəcək.


DGK-nın mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən – Xaçmaz, Quba, Qusar, Şabran rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar fevralın 26-sı saat 11:00-dək "195" Çağrı Mərkəzi, DGK (əlaqə telefonu: (012) 404-22-00), Xaçmaz Gömrük İdarəsi (əlaqə telefonu: (023) 325-34-40) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

DGK vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana uyğun olaraq "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin tələblərinə cavab verən Azərbaycan vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün DGK-nın internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.

Test imtahanının və ya müsahibənin nəticələri ilə bağlı namizədlər həmin nəticələr rəsmi internet saytında yerləşdirildiyi gündən 10 (on) iş günü müddətində DGK-da təşkil edilmiş Apelyasiya Komissiyasına müraciət edə bilərlər. Həmin müddət başa çatdıqdan sonra bu qəbildən olan müraciətlərə baxılmır.

Femida.az

Açar sözlər: #Xaçmaz   #Quba   #Qusar   #Şabran  

Oxunub: 729