Mikayıl Cabbarov səfirlə görüşüb


18:50     22 Fevral 2018 2018/02/ee53f123-a52a-41cd-b274-1f6f0ae43f55_1519295095_1519296679.jpg

Vergilər naziri Mikayıl Cabbarov Efiopiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorknehlə görüşüb.


Femida.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və genişləndirilməsi perspektivləri, eləcə də ticarət dövriyyəsinin artırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Nazirliklə Efiopiyanın vergi orqanı arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub.

Femida.az

Açar sözlər: #MikayılCabbarov   #səfir  

Oxunub: 801


Oxşar xəbərlər