Onlara da rüsum təyin olundu
18:00 23 Fevral 2018
Bu gün Milli Məclisin plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təsdiq edilib.
Femida.az xəbər verir ki, "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat məbləğində müəyyən edilib.
Xatırladaq ki, mövcud qanuna əsasən, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar.
Qeyd edək ki, qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən( 15 yaşı tamam olmuş şəxslərdən) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunması məqsədi ilə hazırlanıb.
Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.
Femida.az
Oxunub: 914
Oxşar xəbərlər
- Biləsuvarda qəza törədərək qaçan sürücünün şəxsiyyəti məlum olub
- Cəlilabadda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub
- Göygöldə çayda meyiti tapılan kişinin şəxsiyyəti məlum olub
- Tovuzda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub
- Göygöldə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub
- Göygöldə intihar edən 83 yaşlı kişinin şəxsiyyəti məlum olub
- "ASAN xidmət" şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı xidmət saatlarını uzadıb
- Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edənlərə VACİB XƏBƏR - VİDEO
- İndiyədək 2889 şəhidin şəxsiyyəti müəyyən olunub
- Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər etməyin QAYDLARI