İcra başçısı yarmarkada - FOTOLAR


02:17     25 Fevral 2018 18_02_24_1519493298.jpg

Sumqayıt şəhərində xüsusi ayrılmış ərazilərdə hər həftəsonu müxtəlif kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu gün 12-ci mikrorayonda təşkil edilən satış-yarmarkasında olub. Femida.az xeberle.com-a istinadən xəbər verir ki, icra başçısı burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə, məhsulların keyfiyyəti, şəhər sakinlərinin rəy və təklifləri ilə maraqlanıb.

İcra başçısı yarmarkada süni qiymət artımının qarşısının alınması və qiymətlərin tənzimlənməsi , satışa çıxarılan məhsulların satış qiymətinə gün ərzində nəzarət olunması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.







Femida.az

Açar sözlər: #yarmarka   #Sumqayıt   #Zakir_Fərəcov   #icra  

Oxunub: 1123