ABŞ səfiri Xocalı şəhidinin məzarı başında – FOTO


14:25     26 Fevral 2018 18_02_26_1519626380.jpg

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.

Səfirliyin Feysbuk səhifəsində ABŞ-ın səfirinin Milli Qəhrəman Əlif Hacıyevin məzarı başında fotosu yayımlanıb. Diplomat şəhidin məzarına gül dəstəsi qoyub.

Qeyd edək ki, Hacıyev Əlif Lətif oğlu 1953-cü ildə Xocalıda doğulub və 1992-ci ildə fevralın 25-də Qarabağ müharibəsində şəhid olub. O, Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəisi və Xocalı hava limanının komendantı olub.

Femida.az

Açar sözlər: #ABŞ   #Sekuta   #səfir   #Xocalı   #milli_qəhrəman  

Oxunub: 961